Davudoğlu Türkiyə-Ermənistan sərhədində
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ölkənin şərq sərhədlərini, İqrıd və Ağrını gəzib. Lent.az-ın ‘Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu İqdırdakı Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinə qədər gəlib.
Arpaçayın Türkiyə tərəfindən yerləşən Halıkışla kəndini ziyarət edən xarici işlər nazirini çayda üzən uşaqlar qarşılayıblar. Hələ məktəbə getməyən uşaqlardan biri xarici işlər nazirinin önünə atılaraq “Andımız”, daha sonra isə “İstiklal” marşını oxuyub.
Uşağın marşı oxuyarkən davamlı olaraq əlini Ermənistan tərəfə uzatmasına Əhməd Davudoğlu gülümsəyib. Arpaçayda əlini yuyan xarici işlər naziri Qafqazda sülh və inkişafın Qarabağ probleminin həllindən asılı olduğunu vurğulayıb: “Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra bölgə Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan sərhədlərinin açılması ilə inkişaf edəcək. İnşallah, Arpaçay sülh rəmzi olar”.
Daha sonra Dilucu sərhəd-keçid məntəqəsinə gələn Əhməd Davudoğlu Naxçıvana keçərək burada Azərbaycan rəsmiləri ilə görüşüb. Xarici işlər naziri Türkiyə-Ermənistan sərhədlərinin yalnız Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra açılacağını vurğulayıb. Əhməd Davudoğlu qeyd edib ki, Dilucu sərhəd-keçid məntəqəsi Türkiyə, Azərbaycan, Ermənistan və İranın ərazilərinin kəsişdiyi bir yerdir: “Qafqazda sülh vıə barış təmin edildikdən sonra bu sərhəd-keçid məntəqəsi Asiyanın ən önəmli keçid məntəqələrindən birinə çevriləcək”.
Əhməd Davudoğlu yaxın vaxtlarda Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin bu bölgədə bir araya gəlmək istədiklərini bildirib: “Ermənistan bilməlidir ki, bölgədə barış təmin olunsa, bu torpaqlardan bərəkət qaynayacaq. Ancaq işğal edilmiş torpaqlar Azərbaycana qaytarılmadan sülh təmin edilə bilməz”.

Oxşar yazılar

İlham Əliyevin ABŞ səfəri: Yeni Geosiyasi Reallıqlar
6 avqust 2025 , 12:13
Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
6 avqust 2025 , 09:38
Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22