Poll Villi: “Müxalifətin iddia etdiyi pozuntulara rast gəlməmişik”
“Əhali referenduma gedərək, səsverməyə çıxarılan məsələlərin lehinə səs verməklə indiki hakimiyyəti dəstəklədi”
Referendumu müşahidə etmək üçün Azərbaycana gələn Avropa Şurası parlament Assambleyasının (AŞ PA) Müşahidə Missiyasının üzvləri keçirdikləri mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Lent.az-ın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Pol Villi Azərbaycana AŞ PA-nın Bürosu tərəfindən göndərildiyini bildirib: “Qayıdandan sonra referendumla bağlı məsələni birgə müzakirə edəcəyik”.
O, referendumla bağlı rəylərini açıqlayarkən həm iqtidar, həm də müxalifət tərəfini dinlədiklərini deyib. P.Villi əhalinin referenduma gedərək, səsverməyə çıxarılan məsələlərin lehinə səs verməklə əslində indiki hakimiyyəti dəstəklədiyini bildirib.
“Gələcəkdə Azərbaycanda hansı sahələrdə demokratikləşmə getməsinə gəlincə, xalq özü təşəbbüs irəli sürməlidir, buna təşəbbüs göstərməlidir” – deyə, o sualları cavablandırarkən bildirib.
Müxalifətin və bəzi mətbu orqanların seçki pozuntularına yol verilməsi barədə iddialara gəlincə, P.Vill “biz belə pozuntulara rast gəlməmişik” – deyib.
Nümayəndə heyətinin üzvü, Almaniyanı təmsil edən türk Hakkı Kəskin isə Azərbaycanda sürətli demokratikləşmə prosesinin tərəfdarı olduğunu açıqlayıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Ərdoğan Bakı Ali Neft Məktəbinin tələbərinə mükafat verdi - Texnofest 2025
3 may 2025 , 22:25
Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37