Həmməruzəçilər aprelin 7-də Bakıya gələcəklər
Fakt-araşdırıcı səfər aprelin 11-dək davam edəcək
Azərbaycanın Avropa Şurası qarşısında götürmüş olduğu öhdəliklərin monitorinqinin aparılması ilə bağlı AŞPA həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova 7-11 aprel tarixlərində ölkəyə fakt-araşdırıcı səfər edəcəklər.
AŞ-nın Azərbaycandakı İnformasiya Ofisindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində onlar Prezident, Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri, iqtidar və müxalifət partiyalarının nümayəndələri, jurnalistlər, səfirlər və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. Həmməruzəçilər həmçinin Naxçıvan Muxtar Respublikasına da səfər edəcəklər.
Səfərin yekunu olaraq onlar Azərbaycanın Avropa Şurası qarşısında götürmüş olduğu öhdəliklərin icrası ilə bağlı hesabat hazırlayacaqlar.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29