Türkiyə parlamenti Azərbaycana nümayəndə heyəti göndərir
Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı ilə bağlı Azərbaycanda yaranmış atmosfer Ankarada narahatlıq yaradıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Böyük Millət Məclisinin sədri Köksal Toptan Azərbaycana nümayəndə heyəti göndərmək qərarına gəlib.
Gələn həftə Azərbaycana gələcək nümayəndə heyətinə Türkiyə parlamentindəki Azərbaycan dostluq qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) Konya millət vəkili Mustafa Kabakçı rəhbərlik edəcək.
Türkiyəli millət vəkilləri Bakıda azərbaycanlı həmkarları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media mənsubları ilə görüşəcəklər. M. Kabakçı deyib ki, görüşlərdə Türkiyənin Azərbaycan siyasətində dəyişiklik olmadığı bildiriləcək.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07