Şimal bölgəsində səsverməyə start verildi
Lent.az-ın şimal bölgə müxbiri 55 saylı Xaçmaz seçki dairəsinin 11 saylı səsvermə məntəqəsində səsvermə prosesinin başlanmasını izləyib. Məntəqə sədri Nəriman Babayev bildirib ki, müşahidəçilərin və seçki komissiyasının üzvlərinin iştirakı ilə şəffaf səsvermə qutuları möhürlənib. Komissiya üzvlərinə seçicilərin barmaqlarına gelin hansı qaydada vurulması bir daha izah olunub. Məntəqəyə gələ bilməyən və öncədən müraciət edən vətəndaşların seçki komissiyasının üzvlərinin və müşahidəçilərin iştirakı ilə səs verə biləcəkləri xatırladılıb. Saat 8-də səsverməyə start verilib.
Qeyd edək ki, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında 6 seçki dairəsi var.
51 saylı Qusar seçki dairəsində deputat mandatı uğrunda 4 nəfər mübarizə aparır. Bu dairədə 44 136 nəfərin səsvermə hüququ var. DSK-nın ərazisində 61 məntəqə fəaliyyət göstərir.
52 saylı Quba-Qusar seçki dairəsində Milli Məclisə seçilmək üçün 4 nəfər seçkilərə qatılıb. 70 məntəqə üzrə 44 086 nəfər səsvermə hüquqdan istifadə edə bilər.
53 saylı Quba seçki dairəsində 43 845 seçici, deputat olmaq istəyən 6 nəfər arasında seçim etməlidir. Bu seçki dairəsində 73 məntəqə var.
54 saylı Şabran-Sizəyən seçki dairəsində 68 məntəqə üzrə 48 356 seçici 4 nəfərin arasından bir nəfəri millət vəkili seçəcək.
55 saylı Xaçmaz şəhər seçki dairəsində millət vəkili olmaq istəyənlərin sayı 7-dir. 42 157 seçici 7 nəfərdən bir namizədi Milli Məclisə deputat seçəcək. Bu dairədə insanlar 38 məntəqədə səs verəcəklər.
56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə səsvermə hüququ olan insanların sayı 44 098, məntəqələrin sayı isə 43-dür. Deputat olmaq istəyənlərin sayı isə 5-dir.
Vəli Turan

Oxşar yazılar

Ərdoğan Bakı Ali Neft Məktəbinin tələbərinə mükafat verdi - Texnofest 2025
3 may 2025 , 22:25
Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37