
Müşahidəçilərin seçicilərin şəxsiyyət vəsiqələrini yoxlaması mübahisə yaradıb
APA-nın məlumatına görə, müşahidəçilərin qapıda seçicilərin şəxsiyyət vəsiqələrini yoxlaması komissiya sədrinin narazılığına səbəb olub və o iradını müşahidəçilərə çatdırıb. Komissiya sədri Qiymət Tağıyev bildirib ki, müşahidəçilərə səsvermənin gedişinin izləmək üçün yer ayrılıb və onlar seçicilərin şəxsiyyət vəsiqələrini yoxlamaqla öz səlahiyyətlərini aşmış olurlar. Komissiya sədrinin iradından sonra onunla AXCP-dən olan müşahidəçi Adil Gülməmədov arasında mübahisə yaranıb. MnSK sədri DSK-ya müraciət edib və 31 saylı DSK-nın sədri İmran İsgəndərov məntəqəyə gəlib. Tərəfləri dinləyən DSK sədri bildirib ki, müşahidəçilərin səsvermə prosesinə müdaxilə etmək hüquq yoxdur və belə hal təkrarlanarsa aktlaşdırılmalı və müşahidəçilər məntəqədən uzaqlaşdırılmalıdır.
Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45