“İlkin rəyimizi sabah açıqlayacağıq” - FOTO
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri səsvermə başladıqdan keçən müddət ərzində təxminən 200 məntəqədə seçkilərin gedişini izləyiblər. Ümumilikdə bu gün missiyamızın 400-dən artıq üzvü həm Bakıda, həm də regionlarda səsvermə prosesini izləyir”. Bu açıqlamanı APA-ya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Yanes Lenarçiç verib. O seçkilərin gedişinə dair ilkin rəy söyləməyin tez olduğunu bildirib: “Həm paytaxtda, həm də regionlarda seçkiləri müşahidə edən missiyamızın üzvləri ayrı-ayrılıqda hesabat hazırlayacaqlar və biz onları ümumiləşdirərək sabah keçirəcəyimiz mətbuat konfransında ilkin rəyimizi açıqlayacağıq. Bu ilki rəy olacaq, yekun hesabat isə iki ay sonra açıqlanacaq”.
ATƏT DTHİB-in uzunmüddətli missiyasının Azərbaycanda sentyabrın sonunda fəaliyyət göstərdiyini deyən Yanes Lenarçiç artıq parlament seçkilərinin gedişinə dair iki aralıq hesabatın hazırlandığını xatırladıb: “Mən öz şəxsi rəyimi söyləmək istəmirəm. ATƏT-in ümumi rəyi belədir ki, ayrı-ayrı müşahidəçilərin deyil, bütövlükdə missiyanın ümumi rəyi əsas götürülür. Mən də bura gələn digər həmkarlarım kimi müşahidəçiyəm. Elə olur ki, müşahidəçilərdən biri prosesi pozitiv, digəri neqativ qiymətləndirir. Biz yalnız bütün müşahidəçilərimizin fikirlərini ümumiləşdirərək yekun rəy açıqlayırıq”.

Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34