Cəzaçəkmə müəssisələrində səsvermə keçirilir
APA-nın əməkdaşı xəbər verir ki, 2 saylı CM-də 14 saylı Xəzər II Seçki Dairəsinin 33 saylı məntəqəsi yerləşir. Bu məntəqədə 1050 seçici qeydiyyatdadır. Onlardan 973-ü məhkum, 77-si isə ƏN-in əsgəridir. Məntəqə Seçki Komissiyasının sədri Maqsud Heydərov bildirib ki, saat 11-dək seçicilərin 450 nəfəri səs verib, səsvermə normal şəraitdə davam edir. Məntəqədə yerli müşahidəçi yoxdur. MDB Müşahidə Missiyasının üzvləri isə burada səsvermənin gedişini az əvvəl müşahidə ediblər.
9 saylı CM-də isə 350 seçici qeydiyyatdadır. Bunlardan 250 nəfəri məhkum, 100 nəfəri isə ƏN-in əsgəridir. Bu barədə APA-nın əməkdaşına 14 saylı Xəzər 2-ci Seçki Dairəsinin CM-də yerləşən 34 saylı seçki məntəqəsinin sədri Arif Vəliyev məlumat verib. Onun sözlərinə görə, saat 10:30-dək seçicilərin 95 faizi səsvermədə iştirak edib. Məntəqədə seçkini 1 yerli müşahidəçi və MDB Müşahidə Missiyasının 2 nümayəndəsi – Andrey Knorr və Tofiq Əzimov izləyirlər. A. Knorr bildirib ki, məntəqədə səsvermə yüksək səviyyədə təşkil olunub: “Azərbaycanda gedən iqtisadi inkişaf seçkinin təşkilində də özünü göstərib”.
33 və 34 saylı seçki məntəqələrinin heç birində veb-kamera quraşdırılmayıb, “exit-poll” keçirilmir.

Oxşar yazılar

Ərdoğan: Yaxın Şərqin xəritəsinin dəyişdirilməsinə imkan verməyəcəyik
21 iyun 2025 , 13:59
Naxçıvan Konstitusiyası DƏYİŞİR - YENİLƏNİB
21 iyun 2025 , 12:19
İşğalda olmuş ərazilərin “Ermənistana birləşdirilməsi” niyyəti ifşa olundu
20 iyun 2025 , 21:56
Sahakyan Azərbaycanda baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının Ermənistanda təşkil olunmasından danışdı
20 iyun 2025 , 20:42
Tehranı tərk edən İsveç səfiri Azərbaycana gəldi
20 iyun 2025 , 18:47
İran-İsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan şəbəkələr
19 iyun 2025 , 20:18
Kahramanmaraşda “Azərbaycan” məhəlləsi açıldı - VİDEO - YENİLƏNİB
19 iyun 2025 , 19:31