Müxalifət partiyalarının liderləri səs veriblər
APA-nın məlumatına görə, səsvermədən sonra jurnalistlərə açıqlamasında Əli Kərimli deyib ki, bu seçkidə onun təmsil etdiyi blokun namizədi və dəstəklədiyi 50-yə qədər müxalifətçi deputatlığa namizəd kimi iştirak edir: “Buna görə də biz öz tərəfdarlarımızı seçkiyə gəlməyə çağırmışıq. Seçki günündə müəyyən irəliləyişlərin olmasını istəyirik”.
AXCP sədri qeyd edib ki, artıq AXCP-Müsavat siyasi partiyalar blokunun seçki qərargahı seçkinin gedişi ilə bağlı iki bülleten yayıb: “Hər yerdə seçkiləri ciddi müşahidə edirik, müşahidəçilərimiz var. Bütün qanun pozuntuları dəqiqliklə təsbit olunacaq. İstəyirik ki, qanun pozuntuları nəticəyə təsir göstərməsin”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə 20 saylı Nərimanov seçki dairəsinin 23-cü məntəqəsində səs verib. İsa Qəmbər seçki prosesini izlədiyini deyib. O, səsvermənin gedişində qanun pozuntularının baş verməsi barədə məlumatlar aldıqlarını deyib.
Seçki məntəqəsinə ən tez gələn Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa olub. O, saat 8:30-da 27 saylı Sabunçu İkinci Seçki Dairəsinin 2 saylı məntəqəsində səs verib.
Ümid Partiyasının sədri İqbal Ağazadə saat 11:40-da 19 saylı Nərimanov Birinci Seçki Dairəsinin 7 saylı məntəqəsində, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə saat 12:15 radələrində 22 saylı Nəsimi İkinci Seçki Dairəsinin 25 saylı məntəqəsində səs veriblər.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə hələ səs verməyib. Əli Əliyev bildirib ki, gün ərzində 15 saylı Yasamal Birinci Seçki Dairəsindəki məntəqələrin birində səs verəcək.

Oxşar yazılar

Arıqlayıb və cavanlaşıb: 77 yaşlı Hillari Klinton hamını HEYRƏTLƏNDİRDİ
4 may 2025 , 16:02
Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı: deport edilir
4 may 2025 , 13:30
Putinin nəvələri onu görmək üçün Kremlə də gələ bilərlər
4 may 2025 , 12:18
Ərdoğan Bakı Ali Neft Məktəbinin tələbərinə mükafat verdi - Texnofest 2025
3 may 2025 , 22:25
Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35