Fazil Mustafa: “Normal, demokratik seçki keçirilir”
Qanunsuzluqlara gəlincə, “Media forum” saytına açıqlamasında Fazil Mustafa deyib ki, seçkiyə müdaxiləni daha çox məğlub olduğunu görən namizədlər edir: “Misal üçün, bəzi namizədlər məntəqəyə hücum çəkərək məntəqə üzvlərini hədələyirlər, yaxud orada dayanıb gəlib-gedənləri yoxlamağa çalışırlar. Bu isə yanlış addımdır. Hesab edirəm ki, namizəd özünü bu qədər ucuz tutmamalıdır. Orada müşahidəçi var, onlar hər hansı qanun pozuntusunu qeydə ala bilər. Məncə, belə hallar şantaj yolu ilə nəyisə dəyişdirməyə cəhd göstərmək deməkdir”.
Fazil Mustafanın sözlərinə görə, 26 saylı dairədə seçicilərin aktivliyi yüksəkdir: “Saat 17-yə olan məlumata görə, bu dairədə seçicilərin 40 faizi səsvermədə iştirak edib. Normal, demokratik seçki keçirilir”.
Deputatlığa namizəd bütün məntəqələrdə həm məşvərətçi səs hüquqlu komissiya üzvlərinin, həm də vəkillərinin olduğunu bildirib: “Biz bəzi namizədlərin səsverməyə müdaxilə etməsi məsələsini MSK-da da qaldıracağıq”.
Fazil Mustafaya rəqib namizədlər bunlardır: Mirmöhsün Mahmudov (bitərəf), Rəna Mirzəquliyeva (bitərəf), Ruslan Rzayev (bitərəf), Elnarə Tağıyeva (YAP), Tofiq Yaqublu (AXCP-Müsavat bloku).

Oxşar yazılar

Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52