YAP bəzi müxalifət partiyalarının nümayəndələrini ciddi qanun pozuntularında ittiham edib
Yeni Azərbaycan Partiyasının (YAP) seçki qərargahı bəzi müxalifət partiyalarının nümayəndələrinin parlament seçkilərinin gedişinə, məntəqələrdə səsvermə prosesinə heç bir normaya sığmayan kobud müdaxilələri, yol verdikləri ciddi qanun pozuntuları barədə saysız-hesabsız məlumatlar daxil olduğunu bəyan edib. YAP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin seçki bloklarının və siyasi partiyaların səlahiyyətli nümayəndələri, müşahidəçiləri, hətta bir çox hallarda namizədlər özləri xüsusilə beynəlxalq müşahidəçilərin məntəqələrdə olduqları vaxt məntəqə seçki komissiyalarının fəaliyyətini iflic etməyə çalışır, xüsusi öyrədilmiş adamların vasitəsilə hakimiyyətin ünvanına yönələcək ciddi qanun pozuntuları həyata keçirirlər.
YAP mətbuat xidməti bildirib ki, bu gün radikal müxalifətin 7 noyabr parlament seçkisində qarşısına qoyduğu başlıca məqsəd bu seçkiləri nüfuzdan salmaq, beynəlxalq müşahidəçilərdə bu seçkilərlə bağlı mənfi rəyin yaranmasına nail olmaq, ölkə vətəndaşlarını seçkilərdən usandırmaq, onda inamsızlıq mühiti formalaşdırmaq və sairdən ibarətdir: “AXCP-Müsavat blokunun səlahiyyətli nümayəndəsinin etirafına görə, adıçəkilən blokun gün ərzində səsvermənin gedişi ilə bağlı yaydığı məlumatlar seçki qərargahında əyləşmiş xüsusi “PR” (piar) ustadları tərəfindən hazırlanır və mətbuata yayılır. Adıçəkilən blokun 15 saylı Yasamal birinci seçki dairəsi üzrə səsvermə məntəqələrində guya qanun pozuntuları ilə bağlı yaydığı iddialar YAP-ın səlahiyyətli nümayəndəsi Rəşad Məmmədli, məşvərətçi nümayəndəsi Vilayət Süleymanov və dairədəki bütün məntəqələr üzrə müşahidəçilər tərəfindən birmənalı təkzib edilib. Araşdırma nəticəsində tamamilə əks mənzərə üzə çıxıb. Bəlli olub ki, AXCP-Müsavat blokunun həmin dairədən namizədinin səlahiyyətli nümayəndəsi Tural Abbaslı düşünülmüş şəkildə məntəqəyə gələn seçiciləri təftiş etməklə məşğul olub, onların şəxsiyyətini alçaldan hərəkətlərə yol verib və nəticədə onun yol verdiyi kobud qanun pozuntuları barədə akt tərtib edilib. Analoji hal 30 saylı Suraxanı I və 31 saylı Suraxanı II seçki dairələrində də müşahidə edilib”.

Oxşar yazılar

Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52