“APA-Group” Milli Məclisə seçkiləri “on-line” işıqlandırıb
“APA-Group”a daxil olan www.apa.az, www.lent.az, www.vesti.az və www.deputat.az saytlarında seçki prosesi “online” çatdırılıb.
Redaksiyanın əməkdaşları gün ərzində Bakının Nəsimi, Sabunçu, Qaradağ, Binəqədi, Nizami, Xətai, Əzizbəyov və digər rayonlarındakı, Sumqayıt ərazisində məntəqələrdə olub, seçki prosesini izləyiblər. APA-nın Şimal, Cənub, Qərb, Mərkəzi Aran, Şirvan və Qarabağ bürolarının əməkdaşları bölgələrdən ən operativ seçki xəbərləri yayıblar.
Gün ərzində onlarla beynəlxalq müşahidəçinin, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və AŞPA müşahidəçilərinin seçki prosesi ilə bağlı fikirləri “APA-Group”a daxil olan saytlarda yerləşdirilib. Seçki prosesinə qatılan iqtidar, müxalifət namizədlərinin və bitərəflərin də mövqeyi qrup tərəfindən mütəmadi işıqlandırılıb.
“APA Group”un saytlarında xəbərlər Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində yayılıb və müxtəlif ölkələrin KİV-i Azərbaycanla bağlı seçki xəbərlərini məhz APA-ya istinadən verib.
“APA Group” seçki prosesini işıqlandırmaqda davam edir.

Oxşar yazılar

Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52