Azərbaycan prezidenti: “Xəzərin statusunun nizamlanmaması regionda münasibətlərə neqativ təsir göstərmir”
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu fikirləri Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxışı zamanı prezident İlham Əliyev söyləyib.
O bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi istiqamətində böyük iş aparılır: “Əminəm ki, gələcəkdə bu istiqamətdə təcrübi həll yolları tapılacaq. Bu məsələnin nizamlanmaması bizim münasibətlərimizə heç bir neqativ təsir göstərmir”. Xəzərlə bağlı Rusiya-Azərbaycan, Rusiya-Qazaxıstan və Qazaxıstan-Azərbaycan razılaşmalarının əhəmiyyətini vurğulayan prezident ümidvar olduğunu bildirib ki, bu təcrübə gələcəkdə Xəzərin hüquqi statusunun müəyyənləşməsində nümunə rolunu oynaya bilər.
Azərbaycan prezidenti həmçinin qeyd edib ki, Xəzəryanı ölkələr energetika məsələlərində bir-biri ilə rəqib deyillər: “Xəzərin karbohidrogen ehtiyatlarının tranziti üçün Azərbaycanın yaratdığı müasir infrastrukturda qonşu ölkələrin də istifadəsinə verilə bilər. Azərbaycan özünün bütün imkanlarını Xəzəryanı ölkələrə təqdim etməyə hazırdır. Əminəm ki bugünkü görüş bizim ümumi işimizə öz töhfəsini vermiş olacaq”.

Oxşar yazılar

Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev:
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23