ABŞ-dakı erməni diasporu Metyu Brayza əleyhinə kampaniyaya başlayıb
ABŞ-dakı erməni liderləri diaspor üzvlərini və ermənipərəst siyasətçiləri Azərbaycana yeni təyin olunmuş səfir Metyu Brayza əleyhinə kampaniya aparmağa çağırıblar. APA-nın Vaşinqton müxbiri xəbər verir ki, ermənilər bu kampaniyaya Kaliforniyada başlayıblar. Onlar artıq senatorlar Barbara Bokser və Robert Menendesə bununla bağlı məktub göndəriblər. Qeyd edək ki, adı çəkilən senatorlar Senatın sonuncu 111-ci sessiyasında inadla Brayzanın namizədliyinin əleyhinə olublar.
Hər iki senator ermənipərəst hesab olunur. Erməni diasporu onlara müraciət edərək, yeni səfir təyinatının prezident Obamanın seçki kampaniyası zamanı ermənilərə verdiyi vədlərin əksinə olması barədə fikirlərə Senatda dəstək qazandırmağa səsləyib. Ermənilər, həmçinin Senatı bu məsələni prioritetlər sırasına daxil etməyə çağırıblar.
Senatorlar yanvarın 25-də Vaşinqtona toplaşacaqlar. Öz növbəsində, ABŞ-ın Azərbaycan və türk diasporlarının fəalları APA-nın Vaşinqton müxbirinə bildiriblər ki, onlar da əks-kampaniyaya başlayacaqlar.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama səlahiyyətlərindən istifadə edərək M. Brayzanı Konqresdən kənar Azərbaycana səfir təyin edib. Lakin Konqres 1 il ərzində bu təyinatı təsdiqləməlidir. Əks halda B. Obamanın qərarı qüvvədən düşəcək və M. Brayza səfir vəzifəsindən geri çağırılacaq.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37