DBX-də 20 Yanvar şəhidləri anılıb
DBX-nin mətbuat xidmətinin rəhbəri Yolu Xanvəli Lent.az-a bildirib ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra DBX-nin rəisi Sialə Rüstəmova çıxış edərək 20 Yanvar faciəsini xalqımızın tarixinə qanla yazılmış səhifələrdən biri kimi dəyərləndirib.
“20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli-azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil oldu. Həmin gün yüzlərlə qəhrəman oğul və qızlarımız təpədən-dırnağa qədər silahlanmış 35 min nəfərdən ibarət sovet ordusunun qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut edib” - deyə, DBX-nin rəisi qeyd edib.
Tədbirdə bildirilib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ konstitusiyasının 119-cu və Azərbaycan SSR konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozan Sovet imperiyası respublikamıza qarşı açıq təcavüzə başlayıb, sovet ordusunun xüsusi təyinatlı dəstələri, daxili qoşunların böyük bir kontingenti, SSRİ DTK-nın “Alfa” Qrupu, həmçinin Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər Bakıya soxularaq, misli görünməmiş qəddarlıqla bir gecənin içində 131 nəfəri qətlə yetirmiş, 744 nəfəri yaralayıb.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37