“Tunisdə azərbaycanlı turist və ya iş adamı yoxdur”
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi hazırda Tunis ərazisində turizm, yaxud digər məqsədlər ilə vətəndaşlarımızın olub-olmadığının müəyyənləşdirmək üçün Tunisin Rabatdakı səfiri Sadiq Qurbi ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşlarının hazırda Tunisdə olub-olmaması və onların aşkar ediləcəyi təqdirdə müvafiq köməkliyin göstərilməsinə dair nota Tunis Xarici İşlər Nazirliyinə çatdırılması üçün səfir Sadiq Qurbiyə təqdim edilib.
Xarici İşlər Nazirliyi onu da bildirir ki, Tunisdəki nümayəndəliyimiz də müvafiq tədbirlər həyata keçirərək Tunisdə turist, yaxud da iş adamı qismində vətəndaşlarımızın olmadığını dəqiqləşdirib. Nümayəndəlik Tunisdə daimi yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvlərinin məlum hadisələr zamanı xəsarət almadığını, onların Tunisdə vəziyyətlərinin sabit olduğunu və Azərbaycana qayıtmağa ehtiyac duymadıqlarını müəyyənləşdirib.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37