Bakıda “İşğal muzeyi” yaradıla bilər
Söz Azadlığını Müdafiə Fondu (SAMF) işğal altında qalan rayonlarımızın tarixi ilə bağlı eksponatların, habelə işğalla bağlı bütün məqamları özündə əks etdirən “İşğal muzeyi”nin yaradılması təklifilə çıxış edib.
Lent.az-ın məlumatına görə, bu məqsədlə fond mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb. Fondda hesab edirlər ki, Azərbaycanda analoji muzeyin yaradılması vasitəsilə gələcək nəsillərə, cəmiyyətə, beynəlxalq ictimaiyyətə Qarabağ torpaqlarının işğalının vurduğu maddi və mənəvi ziyanlar barədə məlumatları daha geniş formada çatdırmaq olar. İşğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin işğaldan çıxarılmış eksponatların da sərgiləndiyi muzeydə onların mühafizəsi və qorunması mümkün olacaq.
Yeri gəlmişkən, Litva, Gürcüstan və Moldovada bu tipli muzeylər fəaliyyətdədir. SAMF bu istiqamətdə ilkin addım kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa çatdıraraq www.diyarshunasliq.az resursunu internet istifadəçilərinin ixtiyarına verib. Artıq SAMF layihənin davamı olaraq işğal ərazilərinə bitişik rayonların tarix-diyarşünaslıq muzeyləri barəsində məlumatların toplanılmasına başlayıb.
Elxan SALAHOV

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37