Ramil Usubov Türkiyə Jandarm Qüvvələrinin baş komandanını qəbul edib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a veriilən məlumata dörə, qonağı səmimi salamlayan nazir iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələri, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımı, Jandarm Baş Komandanlığının və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşlığına dair 1997-ci il 31 oktyabr tarixli hökumətlərarası Protokola uyğun olaraq bu sahədə xeyli iş görüldüyünü xatırladıb. Həmçinin Qala qəsəbəsində tikilib istifadəyə verilmiş Daxili Qoşunların Tədris Mərkəzinin işi barədə ətraflı məlumat verilib.
Cənab Ramil Usubov dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizin qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkib, Heydər Əliyevin “Bir millət, iki dövlət” siyasətinin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini xatırladıb.
Daxili işlər naziri Türkiyə Jandarm Qüvvələri baş komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumlarının əməkdaşlığının potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.
Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Necdət Özəl Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirib, müvafiq qurumlar arasındakı faydalı iş birliyini yüksək qiymətləndirib, Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikrini xatırladaraq, ordumuzun, Daxili Qoşunlarımızın inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.
Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıç, daxili işlər nazirinin müavinləri Vilayət Eyvazov, Əsgər Ələkbərov, Zakir Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37