İKT Pİ Şurası “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına dəstək bəyannaməsi qəbul edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidə keçirilən İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Şurasının 13-cü Sessiyası öz işini başa vurub.
İKT Gənclər Forumunun (GF) baş katibi Elşad İsgəndərovun Lent.az-a verdiyi məlumata görə, Forumun nümayəndə heyəti İKT sistemində iki qurum arasında əməkdaşlıqla bağlı xüsusi qətnamənin qəbulu ilə əlaqədar Şuranın işində iştirak edib.
Yanvarın 18-də İKT Pİ Şurası üzv dövlətləri Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağıran Əbu Dabi Bəyannaməsini qəbul edib. Bəyannamə İKT GF-nin təşəbbüsü ilə irəli sürülən “İKT GF və İKT Pİ arasında əməkdaşlıq” haqda qətnamənin İKT Pİ Şurası tərəfindən təsdiqlənməsi nəticəsində qəbul edilib. Qətnamənin 3-cü bəndində qeyd edilir ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı törədilmiş cinayət kimi tanıyır. Bundan başqa, parlamentlərarası platforma üzv dövlətlər milli səviyyədə bu cinayətə lazımi qiymətin verilməsinə çağırılıb.
Qətnamə İKT GF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” kampaniyasının fəaliyyətlərinin tərkib hissəsidir. İKT Pİ Şurası Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirmiş və bunu sözügedən qətnamədə qeyd edib.
Elşad İsgəndərov bildirib ki, qətnamədə təşkilata üzv parlamentlərə birbaşa çağırış var və bu da öz növbəsində faciənin milli səviyyədə hüquqi və siyasi tanınması mərhələsini açır: “İKT Pİ-nin dünya parlamentlərinin dörddə birini öz sıralarında cəmləşdirir. Ona görə də bu, Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı soyqırım siyasətinin tərkib hissəsi kimi tanınması və cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunması baxımından yeni mərhələdir.”

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37