“Budapeşt-1956 – Bakı-1990: Azərbaycan və Macarıstan tarixinin faciəvi səhifələri arasında paralellər”
Azərbaycanın Macarıstandakı səfirliyi və Macarıstanın Komarom şəhər bələdiyyəsi 20 yanvar faciəsinin 21-ci il dönümü münasibəti ilə birgə tədbir keçirib.
Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfirliyin və Macarıstan Hərbi-Tarix Muzeyi Komarom filialının birgə təşəbbüsü ilə Muzeyin bu şəhərdəki filialında “Budapeşt-1956 – Bakı-1990: Azərbaycan və Macarıstan tarixinin faciəvi səhifələri arasında paralellər” adlı sərgi təşkil olunub.
Sərgidə sovet qoşunlarının 1956-cı ilin oktyabrında Budapeştdə, 1990-cı ilin yanvarında isə Bakıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillər, rəsm əsərləri, kitab və bukletlər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Komarom şəhərinin meri Molnar Atilla Macarıstan və Azərbaycan xalqlarının tarixi yaxınlığından söz açıb. O, hər iki xalqın müstəqillik yolunda eyni təhdidlər ilə üzləşdiyini, bu mübarizədə çoxsaylı qurbanlar verdiyini bildirib.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev 20 yanvar faciəsini törədən səbəblərdən danışıb. O, keçmiş sovet rəhbərliyinin bir vaxtlar Macarıstanda və Çexoslovakiyada olduğu kimi Azərbaycanda da qəddar, amansız üsullarla xalqın azadlıq istəyinin qarşısına sədd çəkmək istədiyini, lakin niyyətinə çatmadığını bildirib. Onun sözlərinə görə, 1990-cı il 20 yanvar hadisəsi Sovet İttifaqı üçün sonun başlanğıcına çevrilib, sovet imperiyasının süqutunu sürətləndirib.
Sərgi iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti və bunun nəticəsində regionda yaranmış böhranlı vəziyyət haqqında da məlumat verilib. Tədbirdə Budapest və Bakı faciələrinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda 20 yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib, tədbir iştirakçılarına kitab və bukletlər paylanıb.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37