
Türkiyə XİN rəhbərindən ermənilərə sərt cavab
“Türkiyə qonşuları ilə bütün məsələləri açıq şəkildə müzakirə etməyə hazırdır. Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların imzalanması bir çox məqsəd daşıyırdı. Mövcud problemlər bu normallaşmanın həyata keçirilməsinə maneələr yaratdı. Ermənistan bu gün Avropa Şurasına üzv olan bir ölkənin torpaqlarının 20 faizini işğal edib”. APA-nın Avropa Şurası Parlament Assambleyasının qış sessiyasını izləyən əməkdaşının məlumatına görə, bu sözləri sessiyadakı çıxışından sonra erməni parlamentarın sualına cavabında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Cənubi Qafqazda münasibətlərin normallaşması təkcə Türkiyə ilə Ermənistan arasında deyil, Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşmasından asılıdır: “Azərbaycan Avropa Şurasının üzvüdür. Əgər Ermənistan onun 20% ərazisini işğal edirsə, deməli, təşkilatın əsas dəyərlərinin pozulması halı var. Əgər siz Avropa Şurasının bütün dəyərlərinə hörmət etsəniz, əminəm ki, bir gün Avropanın bu hissəsində də sülh bərqərar olacaq. Belə olarsa, Azərbaycanla Ermənistan arasında da münasibətlər əsaslı şəkildə yaxşılar. Türkiyə onu əhatə edən ölkələri dost kimi görür. Əgər Ermənistan da ətrafında dost ölkə görmək istəyirsə, Azərbaycanı da dost qismində görməlidir. Bu halda Qafqazda sülh və sabitlik bərqərar olar. Bu, bizim siyasi məqsədimizdir”.
Oxşar yazılar

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16