XİN-dən Azərbaycan vətəndaşlarına xəbərdarlıq
Lent.az-ın Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda qeyd olunur ki, yanvar ayının ortalarından başlayaraq, Tunisdə hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlayıb. Kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Tunis hökuməti 14 yanvardan bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Saat 18:00-dan 05:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulub. Bunları nəzərə alaraq Tunisə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına yuxarıda qeyd edilən məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Tunisdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinə və Səfirliyin Tunisdəki Ofisinə müraciət etmələri tövsiyə olunur.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Oxşar yazılar

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16