Azərbaycan prezidenti isveçrəli həmkarı ilə görüşüb
APA-nın məlumatına görə, İsveçrə prezidenti Azərbaycanla enerji sahəsində əməkdaşlığın ölkəsi üçün önəmini qeyd edib. O, İsveçrənin Azərbaycanın müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu bildirib. Xanım Mişelin Kalmi Rey “Cənub dəhlizi”nin inkişafında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, İsveçrənin Trans-Adriatik boru kəmərinə maraq göstərdiyini və bu layihəni dəstəklədiklərini diqqətə çatdırıb.
Prezident İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın “Cənub dəhlizi”nə daxil olan layihələrə, o cümlədən Trans-Adriatik boru kəməri layihəsinə də dəstək verdiyini deyib.
Prezident enerji sahəsində Avropa İttifaqı ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib və İsveçrənin “Cənub dəhlizi” layihələrinə maraq göstərməsindən razılığını bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16