“Dağlıq Qarabağ münaqişəsi həllini əbədi olaraq gözləyə bilməz”
“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha yaxından cəlb olunmalıdır. Bu, mənim şəxsi mövqeyimdir”.
Bunu APA-ya açıqlamasında Sloveniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin deputatı, parlamentin inkişaf və xarici əlaqələr komitəsinin üzvü İvo Vayql deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini əbədi olaraq gözləyə bilməz: “Azərbaycanın qonşu dövlətlə mövcud problemi əbədi olaraq həllini gözləyə bilməz. Düşünürəm ki Avropa İttifaqı münaqişənin nizamlanması üçün təsirini və səylərini artırmalıdır. Lakin bu problemin həlli münaqişənin birbaşa iştirakçılarının arzusu və iradəsi olmadan mümkün deyil. Əminəm ki, Avropa İttifaqı bu münaqişənin nizamlanması məsələsini daha çox diqqət mərkəzində saxlayacaq”.
“Avropa Parlamentində gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr gözlənilirmi” sualını cavablandıran İvo Vaqyl bildirib ki, belə müzakirələrin olacağına əmindir: “Əminəm ki, bu məsələni Avropa Parlamentində gələcəkdə də müzakirə edəcəyik. Hesab edirəm ki, bu problemlə əlaqədar dialoq və müzakirələri genişləndirmək və səyləri gücləndirmək lazımdır”.
Xatırladaq ki, ötən ilin yazında Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr aparılıb və xüsusi qətnamə qəbul edilib.

Oxşar yazılar

İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35