“Bölgədə təhlükəli vəziyyətin inkişaf edəcəyi qaçılmazdır”
“Beynəlxalq Böhran Qrupunun hesabatlarında bir qayda olaraq Azərbaycan haqqında qeyri-obyektiv fikirlər, qərəzli münasibət həmişə üstünlük təşkil edib. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar təşkilatın yaydığı son hesabatı da bu cür dəyərləndirmək olar”.
Bu açıqlamanı APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu verib. O bildirib ki, bəzi istisnaları çıxmaq şərti ilə təcavüzkar tərəflə ərazisi işğal olunmuş tərəf arasında heç bir fərq qoyulmur: “Biz bunu ədalətli yanaşma kimi qəbul edə bilmərik. Tövsiyələr verməyin vaxtı bitib, real addımlar atmağın artıq vaxtı çatıb. Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ problemini yaradan səbəbləri göstərmək əvəzinə nəticələr və perspektivlər barədə daha çox danışır. Bu, çox asandır. Gələcəkdə nələrin baş verəcəyini Azərbaycan daha yaxşı görür və hədəflər də onun üçün tam müəyyən olunub. Buna heç kəsin şübhəsi olmasın. Birinci müharibənin nəticələri də bütün dünyaya məlumdur”.
Eldar Sabiroğlu hesabatda söz güləşdirməyə bənzəyən məqamların daha çox üstünlük təşkil etdiyini deyib: “Əfsuslar olsun ki, hesabatda söz güləşdirməyə bənzəyən məqamlar daha çox üstünlük təşkil edir. Nə qədər ki, işğalçı Ermənistana beynəlxalq təşkilatlar tərəfindən təsirli təzyiqlər göstərilməyəcək, bölgədə təhlükəli vəziyyətin inkişaf edəcəyi qaçılmaz olacaq. Və bu da son hesabla müharibəni lap yaxın məsafəyə gətirib çıxaracaqdır. Bax, bunu göz önünə gətirmək lazımdır. Son 10-15 ildə beynəlxalq qurumların apardıqları diplomatik davranışlar öz konkret səmərəsini verməyib. Ermənistan işğalçılıq siyasətini yenə də davam etdirir. Ona bu fürsəti məhz ikili yanaşmalar, hiyləgər münasibətlər verir. İndi kimin günahkar və qəsbkar olduğu açıq söylənilməlidir. Belə bir təzyiq göstəriləcəyi təqdirdə müharibə riskinin azalması barədə düşünmək olar”.

Oxşar yazılar

İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35