Bahar Muradova: “Bunun ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsi yoxdur”
Hazırda həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin gələcək perspektivinə hesablanmış dövlət proqramlarına uyğun həyata keçirilir və burada qeyri-adi heç nə axtarmaq lazım deyil”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin ərəb ölkələrində baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur: “Bunun nə Tunislə, nə də Misirlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda hər zaman elə adamlar tapılır ki, dünyanın hansısa ölkəsində baş verən hadisələri ölkəmizə gətirmək istəyir, yaxud da həmin hadisələrin burada rezonans doğuracağı barədə proqnozlar verirlər. Onlar eyni zamanda Azərbaycanın atdığı hansısa addımları həmin hadisələrlə əlaqələndirmək istəyirlər. Belə proqnozların heç biri özünü doğrultmayıb. Bu, müxalifətin mövqeyidir və çin olmayacaq”.
B. Muradovanın sözlərinə görə, dövlət başçısı korrupsiya mövzusunda son çıxışından əvvəl də dəfələrlə mövqeyini ifadə edib, tapşırıqlarını verib və müvafiq qurumlarda bu istiqamətdə işlər aparılıb: “Amma dövlət başçısı məsələni daha kəskin, daha konkret qoyduqdan sonra məlumatlar daha açıq, şəffaf şəkildə cəmiyyətə çatdırılmağa başlanıb. Fərq bundan ibarətdir. İctimaiyyətin bu məsələyə dəstək verməsi hər zaman arzuolunandır. Arzu edərdik ki, ictimaiyyətin ayrı-ayrı nümayəndələri işlərini yerinə yetirmək üçün korrupsiyanın bir tərəfinə çevrilməsin”.

Oxşar yazılar

Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50