“Sərhədlərin açılması Qarabağ danışıqlarından asılı deyil”
Türkiyə bununla sərhədlərin açılması üçün qoyduğu ilkin şərtdən əl çəkib
“Türkiyə və Ermənistan arasında protokolların imzalanması Kişinyovda Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşdə hər hansı irəliləyişdən asılı deyil”.
Lent.az-ın BBC-yə istinadən məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “The Wall Street Journal” qəzetinə bildirib. Qəzet yazır ki, Türkiyə bununla sərhədlərin açılması üçün qoyduğu ilkin şərtdən əl çəkib.
Qəzetin yazdığına görə, cənab Ərdoğan deyib ki, razılaşma oktyabrın 10-da imzalanacaq və bunun Moldovada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Cənab Ərdoğan həmçinin bildirib ki, protokolların parlamentdə təsdiqinə təminat verə bilməz. Türkiyə parlamentində səsvermə gizli yolla keçirilir.
“The Wall Street Journal” yazır ki, Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan yaxınlaşması bir-birilə bağlı olaraq qalır və Moldovoda əldə ediləcək hər hansı müsbət nəticə prosesə yardım etmiş olar.
“Türkiyə rəsmiləri bidlirir ki, sərhədlərin açılması protokolda göstərilən 3 ay müddətindən daha uzun çəkə bilər”, - deyə qəzet yazır.
Türk lideri deyib ki, şənbə günü protokolların imzalanmasına yeganə maneə Ermənistan razılaşmanın mətnini dəyişdiyi təqdirdə baş verə bilər.
“Bu, ən mühüm məqamdır və Ermənistan öz siyasətinin erməni diasporası tərəfindən əsir alınmasına imkan verməməlidir”, - “The Wall Street Journal” belə yazır.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29