600-dən çox Azərbaycanlı qaçqın Ermənistana qarşı birgə iddia qaldırıb
Avstriyanın “Lansky, Ganzger&Partner” və Azərbaycanın Bakı Hüquq Mərkəzi (BHM) birgə hüquq müəssisəsi yaratmaq haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, bu barədə “Lansky, Ganzger&Partner” beynəlxalq hüquq şirkətinin direktoru Qabriel Lanski bildirib.
Yeni qurumun adı “BHM Lansky, Ganzger&Partner MMC”-dir. Lanski bildirib ki, xarici investorlara xidmət göstərməklə “BHM Lansky, Ganzger&Partner MMC” müştərilərə regional bazarlara giriş imkanı yaradacaq.
Lanski Azərbaycan universitetlərindən birinin hüquq fakültəsi ilə Vyana universitetinin eyniadlı fakültəsi arasında mübadilə proqramı hazırlamağı planlaşdırdıqlarını bildirib.
BHM-in direktoru Anar Bağırov isə bildirib ki, Azərbaycandan olan qaçqın və məcburi köçkünlərinin kütləvi şəkildə (600-dən çox) Ermənistan dövlətinə qarşı Avropa İnsan Haqları Məhkəməsində qaldırdığı iddia ərizələrinin hazırlanmasında “Lansky, Ganzger&Partner”-nin icraçı direktoru birbaşa köməklik edib.
“Biz təkcə kommersiya deyil, həm də ictimai fəaliyyətlə məşğuluq” – deyə, A.Bağırov bildirib.
Pərvin ABBASOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29