Sabir Rüstəmxanlı Rəcəb Tayyib Ərdoğanla lent kəsib
Türkiyədə səfərdə olan xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı qardaş ölkənin məşhur alimi, “Türk ədəbiyyatı tarixi”nin və “Türk ədəbiyyatı dərgisi”nin yaradıcısı, “Tərcüman” qəzetinin illər uzunu köşə yazarı olmuş Əhməd Kabaklının ölümünün 10 illiyinə həsr olunmuş mərasimə qatılıb.
VHPmətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Əhməd Kabaklının xatirəsinə və dərnək binasının açılışına həsr olunan toplantıya Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər, tanınmış elm və sənət adamları qatılıblar.
Tədbirdə Sərvət Kabaklı, Rəcəb Tayyib Ərdoğan və digər tanınmış şəxslər çıxış ediblər. Çıxışlardan sonra Vəqfin binasının açılış lentini baş nazir Rəcəb Tayyib Ərdoğan, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Gunay və Sabir Rüstəmxanlı birlikdə kəsiblər.
Tədbirin davamı kimi Türkiyənin ən böyük mədəniyyət mərkəzlərindən olan Camal Rəşid sarayında Əhməd Kabaklıya həsr olunmuş simpozium da keçirilib. Simpoziumda Sabir Rüstəmxanlı, Türkiyənin ünlü şairi Yavuz Bülənd Bakilər, Əli Coşqun çıxış ediblər.

Oxşar yazılar

Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50