İsrail səfiri: “Səfirliyin bağlanması logistika məsələləri ilə əlaqədardır”
Bu açıqlamanı APA-ya İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem verib.
O bildirib ki, logistika məsələləri ilə əlaqədar olaraq səfirlik fəaliyyət göstərmir: “Bu məsələlər öz həllini tapdıqdan sonra səfirlik öz fəaliyyətini bərpa edəcək”.
Bu gün etibarlı mənbələrdən APA-ya məlum olub ki, İsrailin Azərbaycandakı səfirliyi ölkədə mümkün terror aktı ehtimalı ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.
Xatırladaq ki, fevralın 11-də İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə səfər etməyi məsləhət bilmədiyi ölkələrin siyahısını açıqlayıb və bu siyahıda Azərbaycanın da adı var.
İsrail kütləvi informasiya vasitələrinin məlumatına görə, terror təhlükəsi “Hizbullah”ın liderlərindən İmad Muqniyənin ölümünün üçüncü ildönümü ilə əlaqədardır.

Oxşar yazılar

Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50