Məzahir Pənahov: “Siyasi partiyalar narahat olmasın”
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir.
Bu günədək 20 704 nəfərin namizədliyi təsdiq edilib. Lent.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, artıq həmin şəxslərdən 18 222 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alaraq imzatoplama kampaniyasına başlayıb.
Seçkiyə qatılan siyasi partiyaların sayı 16-dır. Lakin ümumilikdə bələdiyyə üzvü seçilmək üçün müraciət edənlər 25 partiyanı təmsil edir.
“Siyasi partiyalar narahat olmasın. Onlara təbliğat aparmaq üçün müvafiq yerlər ayrılıb. Sadəcə olaraq, təbliğat qanunvericiliklə müəyyənləşdirilmiş vaxtda başlayacaq” – deyə, M.Pənahov bildirib.
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Həmin gün 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
Pərvin ABBASOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29