İsveçrə prezidenti Azərbaycan diasporunun rəhbərinə məktub göndərdi
İsveçrə Prezidenti Hans-Rudolf Merts bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun adına rəsmi məktub göndərib.
Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məktubda dövlət başçısı bu mərkəzin İsveçrə və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələri genişləndirdiyi, dərinləşdirdiyi üçün, eləcə də isveçrəlilərə Azərbaycan mədəniyyətini yaxından tanıtdığına, yüksək səviyyədə təbliğ etdiyi üçün təşəkkürünü bildirib və quruma gələcək işlərində uğurlar arzu edib.
İsveçrədə Azərbaycan mədəniyyəti günlərinin açılışında səslənən musiqiyə böyük maraq göstərdiyini vurğulayan Hans-Rudolf Merts öz məktubunda əlavə edib ki, bu musiqini eşidən hər kəsdə Azərbaycan mədəniyyətini daha dərindən öyrənmək istəyi oyanır.
Xatırladaq ki, İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev bu ölkəyə rəsmi səfəri zamanı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak ediblər.

Oxşar yazılar

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
6 iyul 2025 , 20:57
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29