Ali Hərbi Məktəbin rəisi dəyişdirildi
N saylı hərbi birləşmənin komandiri Mahmud Həmzəyev isə təqaüdə göndərildi
Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişiklikləri baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq bildirib ki, nazirliyin “N” sayı hərbi birləşmənin komandiri Mahmud Həmzəyev təqaüdə göndərilib.
Məlumata görə, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbinin rəisi Heydər Piriyev isə başqa bir korpusa qərargah rəisi təyin edilib.
E. Sabiroğlu deyib ki, kadr islahatları gələcəkdə də aparıla bilər: “Bu ümumi işin faydası üçün atılan addımlardır. Təcrübədə bunun müsbət nəticələrini görürük. Kadr dəyişiklikləri hər zaman həyata keçirilə bilər. Ona görə də bunu müxtəlif məsələlərlə əlaqələndirmək düzgün olmaz. Bəzi qəzetlər və informasiya agentlikləri orduda bir kadrın yeri dəyişdirildikdə dərhal orada mənfi çalarlar axtarmağa çalışır. Biz bunu düzgün mövqe hesab etmirik. Yerdəyişmələr orduda xidmətin səviyyəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.

Oxşar yazılar

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
6 iyul 2025 , 20:57
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29