İsrail terror təhlükəsi gözlənilən ölkələrdə səfirliklərini bağlayır
İsrailin bir sıra ölkələrdəki səfirlikləri terror təhlükəsi ehtimalı ilə bağlı məlumat əldə edib, bu səbəbdən İsrail Xarici İşlər Nazirliyi fəaliyyəti təhlükə altında olan səfirliklərin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq imkanlarını nəzərdən keçirir. APA-nın “Haaretz”ə istinadən yaydığı məlumata görə, bu barədə İsrail XİN rəsmi açıqlama yayıb. Açıqlamada həmçinin bildirilir ki, terror aktı təhlükəsi ilə əlaqədar səfirliklərin təhlükəsizlik xidməti əməkdaşları bütün zəruri ehtiyat tədbirləri görür, İsrailli diplomatlara isə evlərindən çıxmamaq barədə təlimat verilib.
Xatırladaq ki, fevralın 11-də İsrail terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına mümkün terror aktları ilə əlaqədar doqquz ölkəyə səfər etməməyi məsləhət görüb. Bu ölkələrin siyahısında Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan, Türkiyə, Venesuela, Misir, Fil Dişi Sahili, Mali və Mavritaniya da var. İsrail kütləvi informasiya vasitələri xəbərdarlığın “Hizbullah” liderlərindən İmad Muqniyənin ölümünün üçüncü ildönümü ilə əlaqədar olduğunu bildirir.

Oxşar yazılar

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21