Pənah Hüseyn: “Bizim qeyrətimiz də var, hakimiyyətə də gələcəyik”
”Eşitmişəm ki, mən burda olmayanda Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib ki, “qeyrətiniz varsa hakimiyyətə gəlin”. Mən bununla bağlı demək istəyirəm ki, bizim qeyrətimiz də var, hakimiyyətə də gələcəyik”. Lent.az-ın xəbərinə görə, bunu parlamentin iclasında Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn deyib. “Mən çox təəssüf edirəm ki, Valeh müəllim kimi mədəni bir adam belə sözləri deyir” - deyə, o, əlavə edib.
Hazırda Milli Məclisin iclası davam edir. Deputatlara “Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” qanun layihələrini müzakirə etmək üçün çıxış sözü verilir.
Millət vəkilləri bu və digər məsələlər üzrə çıxışlarını davam etdirir.
Pərvin ABBASOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29