Britaniyalı ekspertlər xəbərdarlıq edir
“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Bakı və Ankaranın münasibətlərinə zərər verər”
Türkiyə-Ermənistan münasibətləri Qarabağ münaqişəsinin tənzimlənməsində irəliləyiş olmadan normallaşarsa, bu, Bakı və Ankaranın münasibətlərinə zərər verər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu fikirlər Böyük Britaniyanın “Chatham House” təşkilatının “Türkiyə, Rusiya və Qafqaz: ümumi və zidd maraqlar” adlanan hesabatında yer alıb.
Hesabat müəllifləri qeyd edirlər ki, 2008-ci ilin avqustunda Rusiya və Gürcüstan arasında baş verən müharibə Ermənistan iqtisadiyyatına mənfi təsir göstərib və 1993-cü ildən bağlı olan Türkiyə sərhədləri açılarsa, Ermənistan üçün faydalı olar.
“Chatham House” hesab edir ki, Türkiyə əvvəllər olduğu kimi sərhədlərin açılması üçün şərtlər irəli sürür, “erməni genosidi”nin beynəlxalq miqyasda tanınması yönündə fəaliyyətdən imtinanı və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə tənzimlənməsini tələb edir. Hesabat müəlliflərinə görə, Ermənistan hakimiyyəti regiondakı situasiyanı adekvat qiymətləndirərək Türkiyə ilə “futbol diplomatiyası”na başlayıb, diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan protokollar imzalanıb. Gözləntilərə baxmayaraq, Moskva bu protokolların imzalanmasının qarşısını almaq yönündə fəaliyyət göstərməyib.
Britaniyalı ekspertlər Türkiyə parlamentində protokolların ratifikasiyasının uzanmasını da normal hal sayırlar: Ancaq Ermənistan hakimiyyəti protokolların ratifikasiyasının gecikməsinə etiraz olaraq münasibətlərin normallaşdırılmasından imtina ediləcəyi yönündə təhdid də səsləndirib.
Türkiyə-Rusiya münasibətlərinə toxunan müəlliflər vurğulayırlar ki, Moskva həm kürdlərə, həm də Kiprdə türklərə dəstək verir. Kiprdə türklərə dəstək vermək Rusiyanın burada offşor zona yaratmaq niyyətindən qaynaqlanır: “Türkiyə-Rusiya münasibətləri regionun ümumi siyasi xəritəsində əksini tapır”.
“Chatham House”nin hesabatında yazılır ki, Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, narahatlıqlara baxmayaraq Ermənistanın Rusiya ilə əməkdaşlıqdan uzaqlaşacağı az ehtimal olunur.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29