Qanunvericilikdə korrupsiyaya qarşı mübarizə ilə bağlı ciddi dəyişikliklər gözlənilir
Bu barədə “APA-ECONOMICS”ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, müvafiq qanun layihəsi artıq parlamentə təqdim olunub: «Yaxın günlərdə siz bunun şahidi olacaqsınız. Cənab prezident tərəfindən antikorrupsiya ilə bağlı qanunlara edilən əlavə və dəyişikliklər layihəsi parlamentə təqdim edilib».
Gözlənilən dəyişikliklərin detallarını açıqlamayan komitə sədri bildirib ki, qanunvericiliyə dəyişikliklər dövlət və inzibati orqanların fəaliyyətində şəffaflığa xidmət edəcək, pozuntu hallarının qarşısının alınmasına yönələcək. Dövlət orqanlarında korrupsiyaya qarşı mübarizə məqsədilə inzibati tədbirlərlə yanaşı, maddi həvəsləndirmədən də istifadə olunacaq: «Sonuncu layihəni - Dövlət Yol Polisi ilə bağlı dəyişiklikləri gördünüz. Başqa sahələr üzrə dəyişikliklər də bu qəbildən olacaq. Yəni həm maddi həvəsləndirməni, həm də inzibati üsulları biz bir-biri ilə əlaqədə görürük, başqa formada mümkün deyil».

Oxşar yazılar

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21