Macarıstan XİN ölkə vətəndaşlarınа Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etməməyi tövsiyə etdi
Macarıstan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumatda ölkə vətəndaşlarına Azərbaycanın müvafiq rəsmi qurumlarına qabaqcadan məlumat vermədən işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və onun ətrafındakı ərazilərə səfər etməmək tövsiyə olunur.
Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə. Macarıstan Xarici İşlər Nazirliyi eyni zamanda Macarıstan vətəndaşlarını Azərbaycan - Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərə getməkdən çəkinməyə çağırıb.
Macarıstan indiyə qədər müxtəlif səviyyələrdə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını və münaqişənin dinc yolla, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaqla həllinə tərəfdar çıxdığını bəyan edib.

Oxşar yazılar

Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12
Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21