BAXCP Ali Baş Komandana müraciət ünvanladı
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
BAXCP mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda əsasən son vaxtlar Bəhreyn, İran, Yəmən və Liviyada baş verən hadisələr müzakirə olunub.
BAXCP İdarə Heyəti öz xalqına qənim kəsilmiş diktatorların etiraz aksiyalarını vəhşicəsinə dağıtması, dinc insanların qətlə yetirilməsini qətiyyətlə pisləyib. İdarə Heyətinin üzvləri Azərbaycandakı siyasi qüvvələri bu qətliamları pisləməyə aksiya iştirakçılarına mənəvi dəstək verməyə çağırıb.
İdarə Heyətinin müzakirəyə çıxardığı digər məsələ isə Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində baş vermiş ağır cinayət hadisəsi ilə bağlı olub. Hadisə nəticəsində Milli Ordunun 7 əsgərinin həlak olmasından təəssüfləndiyini bildirən BAXCP İdarə Heyəti ölənlərin ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib: “BAXCP hesab edir ki, orduda baş verən oxşar xarakterli cinayət hadisələrinə görə Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərini ən azı iltizam məsuliyyətinə cəlb etmədən bu kimi halların qarşısının alınması, Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarında yüksək nizam-intizamın yaradılması mümkün olmayacaq. BAXCP Ali Baş Komandanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nizam-intizamın yaradılması üçün qəti addımlar atmağa çağırır”.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12