Berlində Xocalını anım tədbirləri keçiriləcək
Fevralın 25-də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Berlində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş konfrans keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları və Almaniya ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türk Azərbaycan Birliyinin sədri Haqqı Kəskin, Azərbaycan Milli Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının üzvü professor Kərim Şükürov, Milli Məclisin deputatı Rövşən Rzayevin iştirakı gözlənilir.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunacaq. Fevralın 26-da isə Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Berlin şəhərinin mərkəzi meydanlarının birində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş nümayiş keçiriləcək. Nümayişdə qanlı faciəni əks etdirən broşürların yayımlanması ilə yanaşı soyqırımla bağlı çıxışlar və imza toplanılması da təşkil olunacaq. Nümayişdən sonra Alman-Azərbaycan Həmrəylik Cəmiyyətinin binasında toplantı keçiriləcək. Toplantıda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunacaq, ehsan veriləcək.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12