Qarabağ uğrunda qan tökülən gün
APA-nın məlumatına görə, fevralın 20-də Azərbaycan SSR-nin tərkibində muxtar vilayət statusu ilə yaşayan Dağlıq Qarabağ erməniləri Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul ediblər. Bədnam məşhur, iqtisadçı akademik A.Aqanbekyan və Fransa erməniləri bu məsələdə ilkin provokator rolunu oynayıblar. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərarından 2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçiriblər.
Ermənilər atəş açmaqla 2 azərbaycanlı gənci qətlə yetiriblər. Dağlıq Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlı gəncin öldürülməsi faktını o zamankı SSRİ-nin Baş Prokurorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqləyib. İki azərbaycanlı gəncin erməni və azərbaycanlı icmalar arasındakı savaşın ilk qurbanı olması və ilk qətli ermənilərin törətməsi ilə bağlı mötəbər mənbələr az deyil.
İki gəncin intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə yürüşə gedən, daş və ağacla silahlanmış ağdamlı gənclərin qarşısını o zamankı kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova yaylığını yerə atmaqla alıb.
Fevralın 22-də Dağlıq Qarabağda, Əskəranda ermənilərin tökdüyü ilk qan 4 gün sonra Sumqayıtda onların növbəti fitnəsinə başlanğıc olub.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12