Xocalı soyqırımının 19-cu ildönümü İtaliyada qeyd olunacaq
Fevralın 24-də İtaliyanın Busto Garolfo şəhərində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyası, Orizon məktəbi və şəhər bələdiyyəsinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyi, şəhərin rəhbərliyi, jurnalistlər, Torino və başqa şəhərlərdən olan həmyerlilərimiz və italyanlıların iştirakı planlaşdırılır.
Ümumilikdə 70-dək qonağın iştirakı gözlənilən tədbir zamanı Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunacaq, Xocalı faciəsi və onun törətdiyi fəsadlar haqqında danışılacaq, Orizon məktəbinin soyqırımı qurbanlarının xatirəsinə ithaf etdiyi rəqs kompozisiyası göstəriləcək.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12