FHN Mülki Müdafiə Qoşunlarına döyüş bayrağı təqdim olunub
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak edib.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyev Mülki Müdafiə Qoşunlarının “N” hərbi hissəsinə gəlib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub. Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev Ali Baş Komandana raport verib.
Dövlət başçısı əsgərləri salamlayıb. Sonra Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş bayrağını hərbi hissəyə təqdim edib, şəxsi heyəti bu münasibətlə təbrik edib.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsi heyət qarşısında çıxış edib. Prezident İlham Əliyev hərbi hissədə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12