Prezident İlham Əliyev: “FHN-in yaranması əlamətdar hadisə idi”
APA-nın “AzTV”yə istinadən yaydığı məlumata görə, bu fikirləri prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
Prezident bildirib ki, son 5 ildə nazirliyin maddi-texniki bazası möhkəmləndirilib, müasir avadanlıqlar alınaraq ölkəyə gətirilib. Dövlət başçısı nazirliyin əməkdaşlarının xarici ölkələrdə baş verən təbii fəlakət hallarının aradan qaldırılmasında nümunəvi xidmət göstərdiyini diqqətə çatdırıb. Prezident qeyd edib ki, nazirliyin əməkdaşları ölkə daxilində də istənilən hadisənin, təbii fəlakətin qarşısının alınması üçün peşəkarlıq göstərirlər. Azərbaycanın inkişaf etdiyini, müasirləşdiyini, ölkə daxilindəki proseslərin müsbət istiqamətdə getdiyini deyən prezident İlham Əliyev Azərbaycanda düşünülmüş sosial-iqtisadi siyasətin aparıldığını bildirib: “Bizim qarşımızda gözəl perspektivlər var və bu sırada Fövqəladə Hallar Nazirliyinin nümunəvi fəaliyyəti diqqət çəkir”.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12