
ABŞ dövlət katibinin birinci müavini Bakıdadır
APA-nın məlumatına görə, bir gün davam edəcək səfər çərçivəsində ABŞ dövlət katibinin birinci müavini prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunacaq. Ceyms Steynberqin Azərbaycana səfəri sabah başa çatacaq. O, Azərbaycandan sonra Bosniya və Albaniyaya səfər edəcək. Ceyms Steynberqi Azərbaycana səfərində dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordon müşayiət edir.
Xatırladaq ki, ABŞ rəsmiləri bundan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub.
Xatırladaq ki, ABŞ rəsmiləri bundan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub.
Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00