Azərbaycanda su, hava və torpaqla bağlı standart layihələri hazırlanıb
Bu gün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Ekologiya üzrə Texniki Komitənin iclası keçirilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Texniki Komitənin sədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev çıxış edərək ötən il Texniki Komitə tərəfindən görülmüş işlər haqqında məlumat verib.
Sonra 2010-cu ildə Texniki Komitə tərəfindən hazırlanmış normativ sənədlərin layihələri ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, Texniki Komitənin alt komitələrinin hazırladıqları standart və metodiki təlimatların layihələri beynəlxalq standartlar əsasında hazırlanıb və Azərbaycan Respublikasında tətbiqi zəruridir. İclasın sonunda Ekologiya üzrə Texniki Komitənin 2010-cu il ərzində fəaliyyəti ilə bağlı hesabat və cari ilin iş planı təsdiqlənib.
Bundan başqa, Ətraf mühitin idarə olunması üzrə alt komitənin hazırladığı “AZS 563-2011” “Ətraf mühitin idarə olunması. Ekoloji effektivliyin qiymətləndirilməsi. Ümumi tələblər” standart layihəsi, Suyun keyfiyyəti üzrə alt komitənin hazırladığı “MT 005-2011” “Təbii və süni göllərdən su nümunəsinin götürülməsinə dair metodiki təlimat”, “MT 006-2011” “Dib çöküntülərindən və lildən nümunələrin götürülməsinə dair metodiki təlimat”, “MT 007-2011” “Su axınlarından və çaylardan nümunələrin götürülməsinə dair metodiki təlimat”, “MT 008-2011” “Dəniz sularından nümunənin götürülməsinə dair metodiki təlimat”, “MT 009-2011” “Çirkab sulardan nümunənin götürülməsinə dair metodiki təlimat” layihələri, Havanın keyfiyyəti üzrə alt komitənin hazırladığı “AZS 566-2011” “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında azot oksidlərinin (NOx) naftietilendiaminlə spektrofotometrik metodla təyini”, “AZS 567-2011” “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında tozun (asılı bərk hissəciklərin) qravimetrik metodla təyini” standart layihələri və Torpağın keyfiyyəti üzrə alt komitənin hazırladığı “AZS 564-2011” “Torpağın keyfiyyəti. Torpağı qeydiyyata almaq üçün format və ərazi haqda məlumat” standart layihələrin yekun variantları təsdiq olunub. Standart layihələrin dövlət qeydiyyatına alınması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilməsi ilə bağlı qərar qəbul edilib.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00