Kəmaləddin Heydərov Vano Merabişvilini qəbul edib
25 fevral 2011 19:44 (UTC +04:00)

Kəmaləddin Heydərov Vano Merabişvilini qəbul edib

Bu barədə APA-ya Azərbaycan Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Fbvqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvəti ilə gerçəkləşən səfər çərçivəsində bu gün nazirlərin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş olub.

Görüşdə Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin, hər iki qurum arasında fövqəladə halların idarə olunması sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin və kompleks tədbirlər planının hazırlanması barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar