Taksimdə Xocalı mənzərəsi
Bu gün Xocalı faciəsi İstanbulda orjinal bir aksiya ilə anılıb. APA-nın xəbrinə görə, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr İstanbulun Taksim meydanında toplaşıblar. Onlar üzlərinə Xocalıda ermənilərin qətlə yetirdiyi körpənin şəklinin çəkildiyi maskaları taxaraq, günorta azanı başlayan kimi meydanın ortasında səssiz uzanıblar.
Azan bitəndən sonra isə onlar ayağa qalxıblar.
Tələbələrin adından Azərbaycan Birlik Təşkilatı başqanı Nurlan Kərimov Xocalı faciəsi barədə danışıb. O bildirib ki, bu aksiyanı keçirməkdə məqsəd dünyanın diqqətini Xocalı faciəsinə cəlb etməkdir: “ 87 il öncənin hadisələri ilə məşğul olmaq cəsarəti göstərənlər ermənilərin çox yaxın keçmişimizdə Qarabağda törətdikləri vəhşilikləri niyə görmürlər?”
Qeyd edək ki, bu gün Ankarada da Azərbaycan səfriliyi ilə
Keçiören Bələdiyyəsi Xocalı abidəsi qarşısında anım mərasimi keçiriblər.
Nyu Yorkda isə Ermənistanın ABŞ-dakı səfliyi qarşısında Gənc Türklər Dərnəyi ilə Nyu York Azərbaycan Dərnəyi tərəfindən etiraz aksiyası keçirilib. Aksiyaçılar əllərində “Terrorçu Ermənistan və "Xocalı üçün Ədalət” şüarı yazılmış plakatlar tutublar.
Nyu Yorkda BMT-nin ofisi qarşısında da etiraz aksiyası keçirilib.
Vaşinqtonda isə Azərbaycanın AB-dakı səfirliyi anım tədbiri keçirib.
Xocalı faciəsi Almaniyada da xatırlanıb. Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyi (ADD) və Almanyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən Türk evində anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Türkiyənin Berlindəki baş konsulu Mustafa Pulat iştirak ediblər.
Quzey Kıprıs Türk Cümhuriyyətində də Xocalı qətliamı anılıb.

Oxşar yazılar

Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı
4 avqust 2025 , 15:05
SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15