Azərbaycanda hakimiyyətlə siyasi partiyaların dialoqu keçiriləcək - YENİLƏNİB
APA-nın xəbərinə görə, tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub. Azərbaycandan isə Prezident Administrasiyasının yüksək vəzifəli şəxsləri, hökumət təmsilçiləri, Milli Məclis üzvləri və siyasi partiyaların rəhbərlərinin tədbirə dəvət olunduğu bildirilir.
Tədbirdə, əsasən, siyasi partiyaların maliyyələşdirilməsi və partiyaların siyasi sistemdəki rolu müzakirə olunacaq. Tədbir haqqında ATƏT-in saytında da məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Azərbaycanda siyasi tənzimləmə mövzusunda keçiriləcək dəyirmi masa və seminarda Prezident Administrasiyası, Milli Məclisdən yüksək vəzifəli şəxslər, habelə 18 siyasi partiya təmsilçisi iştirak edəcək.
Tədbirin məqsədi Azərbaycan hökumətinə partiyaların siyasi tənzimlənməsində yardım etməkdir.
İştirakçılara ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının siyasi tənzimlənməyə dair əsas qaydaları və sənədləri barədə məlumat veriləcək, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunun təkmilləşdirilməsi imkanları müzakirə olunacaq.

Oxşar yazılar

Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı
4 avqust 2025 , 15:05
SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15