Xələf Xələfov siyasi məsləhətləşmələr üçün Macarıstana səfər edib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfərin birinci günü Xələf Xələfov Macarıstan parlamentinin sədr müavini Lejak Şandor, Macarıstan Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jolt Nemet, Dövlət Katibinin müavini və siyasi direktor Peter Staray, Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının Macarıstan tərəfindən həmsədri Roza Nad, Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Marton Dyöndöşi və qrupun üzvləri ilə görüşlər keçirib.
Keçirilmiş görüşlər zamanı Azərbaycan və Macarıstan arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr, iki ölkənin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının fəaliyyətinin intensivləşdirilməsi məsələləri müzakirə edilib. Martın 1-də Azərbaycanın Macarıstandakı səfirliyinin binasında Xələf Xələfovun iştirakı ilə diplomatik korpus təmsilçiləri, yerli media nümayəndələri və Budapeştdəki beynəlxalq təşkilatların təmsilçiləri üçün brifinq keçirilib. Brifinq Azərbaycanın Macarıstandakı Səfiri Vilayət Quliyevin giriş nitqi ilə başlayıb. Daha sonra Xələf Xələfov Azərbaycan-Macarıstan əlaqələri, Azərbaycanın enerji siyasəti və bunun Avropanın enerji təhlükəsizliyinə töhfəsi, Dağlıq Qarabağ münaqişəsi və bu günlərdə 19-cu ildönümü qeyd olunan Xocalı faciəsi haqqında iştirakçılara məlumat verib. Xələf Xələfov çıxışının sonunda iştirakçıları Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Sonra o, iştirakçıların suallarını cavablandırıb.
Martın 2-də Xələf Xələfov Macarıstanın ictimai televiziyası olan nüfuzlu “Duna TV” telekanalının səhər proqramında canlı yayında səfərin nəticələri, Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər, ölkəmizin enerji siyasəti haqqında müsahibə verib.

Oxşar yazılar

Tramp Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək
6 avqust 2025 , 09:38
Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47